21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Naməlum obyektlə bağlı rəsədxanadan açıqlama - VİDEO

29.11.2019

Dünən Azərbaycanda heç bir naməlum obyekt görülməyib.
Xəbər verildiyi kimi, bu sözləri Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi katibi Orxan Xəlilov dünən axşam Azərbaycanın bəzi rayonlarında səmada işıqlı obyektin müşahidə olunması ilə bağlı iddialar haqqında danışarkən deyib. O bildirib ki, rəsədxanada bununla bağlı heç bir məlumat yoxdur:
"Azərbaycanda naməlum obyektin görünməsi ilə bağlı rəsədxanada heç bir məlumat yoxdur. Sözügedən naməlum obyekt Rusiya səmasında görünüb və bununla da bağlı açıqlama verildi ki, Rusiya "Topol” raketini sınaqdan keçirib, həmin işıq da raketin işığı olub. Biz Azərbaycan səmasında belə obyekt müşahidə etməmişik”.
Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri sözügedən obyektin Füzuli, Tərtər və Gədəbəy, hətta Bakı səmalarında müşahidə edildiyini yazıblar.