İŞİD-dən qorxunc təlimat: Sui-qəsdlər başlayır
29.11.2019
İŞİD terror təşkilatının yeni lideri Əbu İbrahim Haşimi tərəfdarlarına müraciət edib.
Haşimi terror təşkilatına məxsus "Təkva” və "Qüreyş” media orqanları vasitəsilə 13 maddəlik təlimat yayımlayıb.
Qərb liderlərinə sui-qəsd edilməsi əmrinin yer aldığı broşürlərdə "tənha canavar” adı verilən və təkbaşına hərəkət edən İŞİD-çilərin prezidentlər, dövlət rəsmiləri, ordu komandirləri kimi qorunan şəxslərə necə yaxınlaşmaları barədə məlumatlar əksini tapıb.
Terrorçuların jurnalist qiyafəsinə girərək kameraların içərisinə silah yerləşdirmələri, hündür nöqtələrə yerləşərək uzaq və orta mənzilli atıcı silahlarla necə terror aksiyaları törədə biləcəkləri, konfranslarda qarışıqlıq salaraq liderlərə necə yaxınlaşmaları barədə hər şey yazılıb.
Bundan başqa terrorçulardan Avropa Birliyi və ABŞ ərazilərində meşə yanğınları törətmələri də istənilib.
Britaniyanın "Deyli Meyl” qəzeti İŞİD-in terrorçulara verdiyi təlimatların Qərb xüsusi xidmət orqanlarını narahat etdiyini yazıb.