Fransanın NATO üzvlüyü şübhəlidir - Türk deputat
29.11.2019
Makron (Fransa Prezidenti) NATO-nun nə olduğu ilə bağlı dərs oxumalıdır.
Bu sözləri türkiyəli deputat, AKP-çi Barat Çonkar deyib.
"Türkiyə elə bu məqamda NATO müttəfiqlərindən dəstək gözləyəcək mövqedədir. Bu, Türkiyənin ən hüquqi və suveren haqqıdır”, - deyə deputat bildirib.
Deputat əlavə edib ki, Makronun məlum açıqlaması NATO-nun prinsip və dəyərlərinə ziddir: "Fransanın NATO üzvlüyü məsələsi şübhə altına alınmalıdır”.