Arda Turan hakimə hücum etdi və qovuldu + VİDEO
05.05.2018
Türkiyənin "Başakşehir” futbiol klubunun oyunçusu Arda Turan hakimə hücum edib.
"Dövran Media" Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Başakşehir” öz meydanında "Sivasspor”u qəbul edib.
Arda Turan sonradan oyuna çıxıb. Ancaq oyundakı bir situasiya onu özündən çıxarıb.
Öz evində xal itkisi yaşamaq Arda Turana ağır təsir edib və o, hakimi itələyib.
Bundan sonra hakim qırmızı kartla onu meydandan qovub.
Onun ən az dörd oyunluq cəza alacağı gözlənilir.