Ərdoğanın saraydakı xalçası gündəm oldu - FOTO/VİDEO
28.11.2019
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu dəfə Prezident Sarayındakı xalçası gündəm olub.
Xəbər verildiyi kimi, prezident sosial mediada geniş müzakirə olunan xalçanın yerli və milli olduğunu deyib.
Prezident Sarayında etimad məktublarının təqdim olunduğu salonda sərilən və Ərdoğanın "dostlar, bu xalça yenidir. 108 kubmetrdir. Yerli və millidir” sözləri ilə tanıtdığı xalça Kocaeli şəhərində toxunub.
33 nəfərlik işçi qrupunun 9 ay boyunca 3 növbə ilə 24 saat dayanmadan işləyərək ərsəyə gətirdiyi xalça 14 m 57 sm uzunluq, 7 m 47 sm enə sahibdir. Xalçanın ən böyük xüsusiyyətindən biri isə cüt düyün texnikasından istifadə olunmasıdır. Tamamilə əl işi olan məhsul 29 milyon 420 min düyün atılmaqla 9 aya başa gəlib.