Bişkekdə KTMT-nin iclası başlayıb
28.11.2019
Bu gün Qırğızıstanın paytaxtı Bişkekdə KTMT-yə üzv ölkələrin iclası başlayıb.
Məlumatı Qırğızıstan mətbuatı yayıb. Təşkilata üzv ölkələr hərbi əməkdaşlığın gücləndirilməsi, Tacikistan-Əfqanıstan sərhədində vəziyyət, KTMT-nin strukturunun möhkəmləndirilməsi, regional və beynəlxalq təhlükəsizliklə bağlı digər məsələləri müzakirə edəcəklər.
Qeyd edək ki, hazırda Kollektiv Təhlükəsizlik Təşkilatına altı ölkə daxildir: Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Rusiya və Tacikistan.