Növbədənkənar seçki olacaq? - AÇIQLAMA
28.11.2019
Bu gün hakim Yeni Azərbaycan partiyasının Siyasi Şurasının toplantısı keçiriləcək.
Bu barədə məlumatı YAP mətbuat xidmətindən təsdiqləyiblər. Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev YAP SŞ-nin iclasının gündəliyi ilə bağlı məlumat verməkdən imtina edib.
Bildirilib ki, bu gün 15:00-da media üçün geni mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, bundan öncə YAP Siyasi Şurasında növbədənbkənar parlament seçkisi ilə bağlı müzakirə aparılacağı barədə məlumat yayılmışdı.
Azərbaycanda parlament seçkisi 2020-ci il noyabrda keçirilməlidir.