NATO-dan kritik AÇIQLAMA
27.11.2019
Bütün müttəfiqləri qorumaq üçün həm planımız, həm istəyimiz, həm də bacarığımız var.
Bu sözləri NATO Baş katibi Yens Stoltenberq alyansın müdafiə planının mübahisə yaratmasına münasibət bildirərkən deyib.
O, NATO-nun daxili məsələləri barədə geniş danışmayacağını söyləyib.
Qeyd edək ki, NATO-nun YPG/PYD-ni təhdid görməsi ilə bağlı planına ABŞ etiraz edib. Türkiyə isə Baltik ölkələri ilə bağlı müdafiə planının yayımlanmasına etirazını bildirib.