Merkel: Avropa Birliyi NATO-suz özünü müdafiə edə bilməz
27.11.2019
Avropa Birliyi NATO olmadan müstəqil şəkildə özünü müdafiə edəcək vəziyyətdə deyil.
"Spiegel” xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel parlamentdə çıxışı zamanı deyib.
"NATO-nun saxlanması bizim üçün vacibdir. AB alyansın saxlanması, həmçinin, Türkiyənin alyansın tərkibində saxlanması üçün səy göstərməlidir”, - Merkel qeyd edib.