Eriksen 9 milyonluq təklifi RƏDD ETDİ
27.11.2019
Kristian Eriksen "Tottenhem"in yeni müqavilə təklifini rədd edib.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərdə "Tottenhem"in Eriksenə müddəti 2024-cü ilə qədər olan sözləşmə təklif etdiyi bildirilir. 27 yaşlı yarımmüdafiəçi illik 9 milyon avro qazanacağı bu təklifi rədd edib.
Qeyd edək ki, 2013-cü ildən "Tottenhem"də forma geyinən Eriksenin müqaviləsinin müddəti mövsümün sonunda bitir.