Qəzza zolağında toqquşma: 100-dən çox yaralı var
05.05.2018
Mayın 4-də Qəzza zolağının sərhədində İsrail hərbçiləri ilə toqquşmalarda 148 fələstinli xəsarət alıb.
"Dövran Media"nın məlumatına görə, bu barədə "The Times of Israel” xəbər verib.
Məlumata görə, 42 nəfər güllə yarası alıb, 20 nəfər rezin güllələrdən xəsarət alıb, yaralananların bir qismi gözyaşardıcı qaz və tüstüdən zərər çəkib.
Ümumilikdə Qəzza zolağının sərhədində etiraz aksiyalarına 7 minə yaxın fələstinli qatılıb.
***
Bu gün Qəzza zolağının sərhədində İsrail hərbçiləri ilə toqquşmalarda azı 80 fələstinli xəsarət alıb.
"Dövran Media"nın məlumatına görə, bu barədə "RİA Novosti” agentliyinə Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi bildirib.
"Bu gün əməkdaşlarımız 80 fələstinliyə tibbi yardım göstərib, onlardan 12-si güllə yarası alıb”, deyə Cəmiyyətin nümayəndəsi qeyd edib.
Qeyd edək ki, martın 30-da fələstinlilər Qəzza zolağının sərhədində "Böyük Qayıdış Yürüşünə" başlayıb. Fələstinlilər aksiyanın mayın ortalarınadək davam edəcəyini bəyan ediblər.