03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Kuznetsov: Putinin Azərbaycana gizli hədiyyəsi olacaq...

27.11.2019

Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfərinin formal səbəbi uzun illərdir davam edən bərpa işlərindən sonra Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycan pavilyonunun açılışı idi.
Hansı ki, bu, Azərbaycanın nail olduğu iqtisadi və siyasi sahədəki uğurlarını əks etdirməklə yanaşı, həmçinin, beynəlxalq arenada Rusiya-Azərbaycan münasibətlərini özündə əks etdirir.
Bu sözləri Axar.az-a açıqlamasında rus tarixçi və politoloq Oleq Kuznetsov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiyaya səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, belə bir tədbirdə iştirak etmək üçün Mehriban Əliyevanın statusu və şəxsiyyəti çox mükəmməl uyğun gəlirdi:
"İkinci ən vacib odur ki, dövlət xadimi humanitar məsələlərin müzakirəsi üçün qonşu ölkəyə gəlir. Bu, sözügedən məsələ üçün düşünülə biləcək ən yüksək səviyyədə atılmış addım idi. Bu səfər de-yure rəsmi səfər xarakteri daşımasa da, de-fakto rəsmi səfər statusu daşıyırdı.
İndi başa düşürəm ki, hər hansı bir ölkədə vitse-prezident olmaq təkcə daxili siyasi səbəblərə görə deyil, həm də xarici baxımdan çox əlverişli ola bilər.
Mehriban Əliyeva Moskvada ən yüksək səviyyədə qarşılandı. Rusiyanın Baş naziri Dmitri Medvedevlə görüşü və Rusiya Prezidenti Vladimir Putinin şəhərətrafı iqamətgahında qəbulu bunun sübutudur.
Bu iki görüşdə Azərbaycanın Birinci vitse-prezidenti qüsursuz görünürdü. Möhtəşəm rusca danışmaq qabiliyyəti, qüsursuz geyim, əsl xanım (ledi) davranış qaydaları – bunlar hamısı dərhal nəzərə çarpırdı və sizin ölkənin imicinin beynəlxalq səviyyədə xeyrinə işlədi.
Mehriban Əliyeva bir daha uğurla sübut etdi ki, dünya KİV-ləri onu dünyanın ən intellektual siyasətçi xanımlarının top beşliyinə təsadüfən aid etmir.
Əminəm ki, müstəqil siyasətçi olaraq Moskvaya etdiyi ilk rəsmi səfəri çərçivəsində o, hər kəsdə yaxşı təəssürat oyatdı”.
Kuznetsov birinci xanımın Moskva səfərini Azərbaycan mediasında o qədər də diqqət yetirilməyən iki aspektdən analiz edib:
"Birincisi, Vladimir Putin şəxsən özü onu "Dostluq” ordeni ilə təltif etdi. Bu təltiflə bağlı qərar bu ilin avqustunda imzalansa və Putinin bu ordeni Rusiya səfiri ilə göndərmək imkanı olsa da, o, bunu şəxsən özü etmək istədi. Bu isə o deməkdir ki, Mehriban Əliyevanın səfərinə son 3 ay ərzində hazırlıq görülüb.
Bakı və Moskva üçün bu səfər prinsipial əhəmiyyət kəsb edirdi və Rusiyayla Azərbaycan arasında humanitar sahədə sıx əlaqələrin mövcud olması qürurla nümayiş etdirildi.
Nəticədə bu səfərin rəsmi tərəfi ilə yanaşı, qeyri-rəsmi tərəfi də var idi. Qeyri-rəsmi tərəf Bakıda aparıcı Rusiya universitetlərinin açılmasının müzakirəsi oldu.
İkinci aspekt, Mehriban Əliyevayla Vladimir Putinin görüşündə Rusiya Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevin 20 dekabrda baş tutacaq Sankt-Peterburqa işgüzar səfərini elan etdi. Putinin bu elanında çoxsaylı mesajlar var: 20 dekabr Rusiyada "Çekist günü” kimi qeyd olunur, bu, Prezidentin özəl bayramıdır. Görüş yeri Peterburqdur – Putinin doğma şəhəri, bu faktorlar iki ölkə rəhbərinin gələcək münasibətlərinin etibarlılığının sübutudur.
Həmçinin unutmaq lazım deyil ki, Leninqradın KQB məktəbində Azərbaycan Prezidentinin atası Heydər Əliyev təhsil alıb. Düşünürəm ki, bununla bağlı Peterburqda Rusiya-Azərbaycan münasibətlərinin yaxınlaşmasını simvolizə edən təntənəli tədbirlər keçiriləcək. Məsələn, Peterburqda F
Əgər mənim bu təxminlərim doğrudursa, dekabr görüşündə tərəflərin müzakirə edəcəyi əsas siyasi sual 10-11 oktyabr tarixində Aşqabadda İlham Əliyevin MDB ölkə başçıları görüşündə Ermənistanda nasist cinayətkarların dövlət səviyyəsində qəhrəmanlaşdırılması olacaq.
Nasizmin qəhrəmanlaşdırılması Rusiya qanunvericiliyinə görə ekstremizmin bir növü kimi qəbul olunur. Bununla mübarizə dövlətin xüsusi xidmət orqanlarının borcudur. Və "Çekist günü” bu məsələnin müzakirəsi üçün ən əlverişli tarixdir. Əminəm ki, o günə qədər Armavirdə Njdenin qanunsuz qoyulmuş memorial lövhəsini vəhşicəsinə müdafiə edən erməni millətçilərinin hoqqabazlığı yoxa çıxacaq. Və bu, Putinin Azərbaycana növbəti gizli hədiyyəsi olacaq”, - Kuznetsov bildirib.