Rusiya kəşfiyyatı bu ölkədə çox aqressivdir
27.11.2019
Rusiya kəşfiyyat xidmətləri Çexiyada ən aktiv və aqressiv fəaliyyət aparan xidmətlər sırasında yer alıb.
Bu məlumat Çexiya İnformasiya və Təhlükəsizlik Xidmətinin hesabatında yer alıb. Çexiya əks-kəşfiyyatı Rusiya ilə yanaşı, Çin kəşfiyyatının da ölkədə aktivlik nümayiş etdirdiyini bildirib.
Qeyd edək ki, Çexiya Xarici İşlər Nazirliyi bundan öncə Rusiyanı Avropa Birliyinə təhdid adlandırmışdı.