Boliviya ABŞ-a səfir təyin etdi
27.11.2019
Boliviyanın yeni hökuməti ABŞ-a səfir təyin edib.
Bu məlumatı Boliviya Xarici İşlər Nazirliyi yayıb. Nazirlik Uolter Oskar Serrate Kuelyarın səfir təyin edildiyini bildirib.
Qeyd edək ki, Kuelyar bundan öncə Boliviyanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsini icra edib.
Boliviyanın ABŞ-da 2008-ci ildən bu yana səfirliyi yoxdur. Belə ki, 2008-ci ildə Evo Morales ABŞ-ın Boliviyadakı səfiri Filip Qoldberqi arzuolunmaz şəxs elan edərək, onu ölkədəki separatçı hərəkata dəstək verməkdə ittiham edib. ABŞ isə cavabında Boliviya səfirini ölkədən deport edib.