Kommunist liderlərə cinayət işi açıldı
27.11.2019
Çexiya hüquq mühafizə orqanları Çexoslovakiya Sosialist Respublikasının liderlərinə qarşı cinayət işi açıb.
Bu məlumatı Çexiya Baş Prokurorluğu yayıb. Məlumata görə, cinayət işi Kommunist Partiyasının keçmiş baş katibi Miloş Yakeşə, keçmiş hökumət rəhbəri Lyubomir Ştrouqaluya və keçmiş Daxili İşlər naziri Vratislav Vaynerə qarşı açılıb.
Onların öz səlahiyyətlərini aşmaqda ittiham edildiyi vurğulanıb. Belə ki, bu şəxslərin hakimiyyəti dönəmində Çexoslovakiya sərhədçilərinin sərhədi qanunsuz keçən yerli vətəndaşlara qarşı odlu silahdan istifadə etdikləri bildirilib.