Kosmonavtlar ən kompleks missiyaya çıxdı
27.11.2019
NASA 2 kosmonavtın kosmik şüaları ölçən AMS adlı bir cihazın soyutma sistemini dəyişdirəcəklərini və bunun indiyə qədər ən kompleks məsələ olduğunu açıqladı.
56 təşkilatdan və 16 ölkədən, 600 fizikin birgə hazırladığı AMS layihəsi, yüksək enerjili kosmik şüaları ölçərək, araşdırmaçıların anti-maddə, digər adıyla əleyhdar maddənin təbiəti haqqında məlumat sahibi olmalarına köməkçi olur.
Luka Parmitano və Endryu Morqan adlı kosmonavtlar, cihazın soyutma sistemini dəyişdirərkən toplam 6.5 saat kosmosda qalacaq.
Kainatın meydana gəlməsini anlamaq və qaranlıq maddə dəlili axtarmaq üçün yaradılan və 2011-ci ildə istifadə edilməyə başlanan AMS cihazının cəmi ağırlığı 6.7 tondur.