Maduroya görə bu şirkət də "VURULDU"
27.11.2019
ABŞ Kubanın "Panamerikana" neft şirkətinə sanksiya tətbiq edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən açıqlamada bildirilib ki, "Panamerikana" şirkəti Venesuela Prezidenti Nikolas Maduroya qeyri-qanuni yardım edib.
Sanksiyaya əsasən, "Panamerikana"nın ABŞ-dakı aktivləri dondurulacaq və amerikalılara bu şirkətlə iş görmək qadağan ediləcək.