Ən təhlükəli cinayətkar TUTULDU
05.05.2018
İngiltərənin axtarış siyahısına rəhbərlik edən şəxs Barselonada həbs edildi.
"Dövran Media" "BBC”yə istinadən xəbər verir ki, bu şəxs İngiltərədə narkotik biznesinin rəhbəri olub.
Barselona polisi İngiltərədə genişmiqyaslı narkotik vasitələrin təşkilində ittiham olunan 41 yaşlı Ceymi Akuru həbs edib. Akur İngiltərə vətəndaşıdır.
O həmçinin 1993-cü ildə 18 yaşlı gəncin qətlində də ittiham olunur.
Akurun Madrid məhkəməsi qarşısına çıxarılacağı bildirilir. Madrid məhkəməsi onun Britaniyaya ekstradisiyasını müzakirə edəcək.