Hakimi döyən məşqçi cəzalanıldırdı - AFFA
26.11.2019
Saatlının "Təhsil” klubunun U-12 komandasının məşqçisi Mənəf Məmmədov cəzalanıb.
AFFA-nın İntizam Komitəsi çalışdırıcını 12 ay yarışlardan kənarlaşdırılıb.
Məşqçinin belə ağır cəza almasına U-12 Liqasının, "Ağsu” – "Təhsil” qarşılaşmasındakı davranışı səbəb olub. Hakimə qarşı təhqiredici ifadələr işlədən M.Məmmədov ona fiziki təzyiq göstərib. Hakimin döyülməsini araşdıran komitə ona belə cəza verməyi məqsədəuyğun sayıb.