Balkan yarımadasında növbəti ZƏLZƏLƏ
26.11.2019
Bosniya və Herseqovinada 5.4 bal gücündə zəlzələ baş verib.
Zəlzələnin paytaxt Sarayevo şəhərinin 75 km cənubunda baş verdiyi bildirilib.
Hələ ki, tələfatla bağlı məlumat verilməyib.
Qeyd edək ki, bundan əvvəl Balkan yarımadasında yerləşən Albaniyanın paytaxtı Tirana şəhəri yaxınlığında baş verən 6.4 gücündə zəlzələ nəticəsində 8 nəfər ölüb, 300-dən çox insan yaralanıb.