Ərdoğandan CHP-yə: Yalan mərkəzi
26.11.2019
CHP siyasət deyil, yalanla məşğul olur. Kamal Kılıçdaroğlu CHP-ni yalan mərkəzinə çevirib. Öz tələləri açıq şəkildə ortadadır. Bu gün söylədiyini səhər inkar edir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər səhəri zamanı jurnalistlərə açıqlamasında deyib.
"Kamal Kılıçdaroğlu iddia edir ki, guya kəşfiyyat CHP-ni qarışdırıb. Belə bir şey ola bilməz. Kəşfiyyatın belə bəsit işlərlə məşğul olmağa vaxtı var? Hazırda kəşfiyyatımız "Sülh çeşməsi” hərəkatı ilə məşğuldur. Kamal bəy sadəcə buradan özünə çıxış yolları axtarır”, - Ərdoğan bildirib.