21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Dani Kintana: Vəziyyət yaxşı deyil

26.11.2019

"Sevilya”ya qol vurmalı, xal qazanmalıyıq ki, 1/16 final şansımızı qoruyaq”.
Bunu "Qarabağ”ın futbolçusu Dani Kintana deyib.
İspaniyalı legioner Avropa Liqasının V turunun "Sevilya” ilə noyabrın 28-də keçiriləcək səfər matçı barədə fikirlərini açıqlayıb: "Bilirik ki, bu, çox çətin olacaq. Əlbəttə, "Sevilya” əla komandadır. Xulen Lopeteqinin baş məşqçi postuna gəlməsi ilə komanda daha da gücləndi. Hazırda rəqibimiz bütün xətlərdə balanslaşmış heyətə malikdir. Üstəlik, bu turnir onlar üçün xüsusi önəm kəsb edir. Mənim üçün Avropa Liqasının əsas favorit "Sevilya”dır. Bu komandada çıxış edən Franko Vaskesi yaxşı tanıyıram. O, bu il əla səviyyədə çıxış edir”.
D.Kintana iki gün sonrakı matça motivasiyanın yüksək olmasından da danışıb: "Biz çox həyəcanlıyıq. Heç də yaxşı vəziyyət deyil. Çünki nəticələrimiz mənfidir. Əminəm ki, komanda özünü göstərəcək. Avropa Liqası həyəcanı tam fərqlidir. "Ramon Sançes Pisxuan” stadionunda müsbət nəticə qazanmalıyıq. Bununla da növbəti mərhələ şansımızı qoruyacağıq”.