CHP-li namizəd GƏNCLƏRİ səfərbərliyə ÇAĞIRDI
04.05.2018
Cumhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi Məhərrəm İncə səfərbərlik elan edib.
"Dövran Media" Türkiyə KİV-nə istinadən xəbər verir ki, İncə Birinci Məclis qarşısında xalqa müraciət edib: "Bir namizədiniz olaraq 51 günlük səfərbərlik elan edirəm. İndidən deyirəm, Ramazan ayında gecə 01:30-da tədbirlərimiz olacaq.
Rəhbərimiz Mustafa Kemal Atatürkdür. Onun kimi münaqişə çıxarmadan, kürdü, ələvini,türkü, sünnisini ayırd etmədən bütün milləti bir yerə toplamağa gəlmişəm”.
Məhərrəm İncə sonda gənclərə müraciət edib: " Gənclərim, övladlarım, qardaşlarım, unutmayın. Keçmişlə bu günü toqquşduranlar gələcəyi itirərlər. Mən gələcəyimizi geri almaq istəyirəm”.