İran generalı 3 ölkəni təhdid etdi: Məhv edəcəyik!
25.11.2019
Əgər qırmızı xətti keçsələr, ABŞ, İsrail və Səudiyyə Ərəbistanı məhv ediləcək.
Bu sözləri İran İnqilab Keşikçiləri Korpusunun rəhbəri general Hüseyn Səlami deyib.
"Bu ölkələrin İrana qarşı düşmənçilik hərəkətlərinə səbir göstərdik. Ancaq qırmızı xətti keçsələr, söz veririk ki, onları məhv edəcəyik”, - o bildirib.