Mehriban Əliyevanın səfəri başa çatdı
25.11.2019
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri noyabrın 25-də başa çatıb.
Moskvanın "Vnukovo 2” Beynəlxalq Hava Limanında Birinci vitse-prezident Mehriban Əliyevanı Rusiyanın Xarici İşlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər yola saldılar.