Paşinyanın əleyhinə olan deputat partiyadan çıxarıldı
04.05.2018
Ermənistan parlamentinin deputatı Aqvan Vardanyan daxil olduğu fraksiyanın rəsmi mövqeyinə zidd olaraq müxalifət lideri Nikol Paşinyanın baş nazir seçilməsinin əleyhinə səs verdiyinə görə Daşnaksütun sıralarından xaric edilib.
Dövran Media xəbər verir ki, bu barədə federasiyanın bəyanatında deyilir.
"Aqvan Vardanyan barəsində nizam-intizam məsələsini müzakirə edərək, Daşnaksütunun ali orqanı onun partiya sıralarından xaric edilməsi barədə qərar qəbul edib”, - bəyanatda qeyd olunur.