Rusiyadan İsrailin xahişinə RƏDD CAVABI
04.05.2018
İranın nüvə razılaşması ilə bağlı bütün problemlər "Altılıq” ölkələri və İran arasında müzakirə edilməlidir.
"Dövran Media" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, İran hazırda MAQATE tərəfindən dünyada ən yaxşı yoxlanılan ölkədir.
Zaxarova İranın nüvə fəaliyyətinin hərbi mahiyyət daşımadığını bildirib.
Qeyd edək ki, bundan öncə İsrail İranın nüvə fəaliyyətinin hərbi xarakter daşıdığı və İranın nüvə fəaliyyətləri bağlı arxivi ələ keçirdiyini bəyan etmiş, İsrailin Rusiyaya qarşı sanksiyalarda yer almadığını xatırladaraq, Moskvadan Təl-Əvivin narahatlığını başa düşməsini xahiş etmişdi.