Torpaq sürüşməsinə görə bu ərazilər susuz qaldı
25.11.2019
Torpaq sürüşməsi nəticəsində Bibiheybət qəsəbəsi ərazisində su xəttində qəza olub.
Xəbər verildiyi kimi, "Azərsu” ASC-dən bildirilib ki, həmin ərazidən keçən 500 mm diametrli magistral su xəttində yaranmış qəza ilə əlaqədar Səbail rayonu 20-ci sahə, Bibiheybət və Şıxov qəsəbələrinə içməli suyun verilməsi dayandırılıb.
Su təchizatı qəzanın aradan qaldırılması işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.