İcra müavininin ailəsi qəzaya düşdü, ölən var
25.11.2019
Tovuz Rayon İcra Hakimiyyətinin birinci müavini Rəşad Zeynalovun həyat yoldaşı və oğlu Bakıda ağır avtomobil qəzasına düşüb.
Tovuz Rayon İcra hakimiyyətindən təsdiqləyiblər.
Məlumata görə, hadisə gecə saatlarında baş verib.
"Biz də hadisənin detalları barədə məlumatlı deyilik. Qəza gecə saatlarında Bakı şəhərində baş verib. Hadisə zamanı Rəşad Zeynalovun həyat yoldaşının həlak olduğu deyilir. Onunla birgə olan oğlu isə ağır yaralanıb”, - deyə icradan bildirilib.