Dünyaca məşhur şirkət həmyerlimizə VƏZİFƏ VERDİ
04.05.2018
Bu ilin mayından "Koka-kola Ukrayna" şirkətinə azərbaycanlı Kamran İsgəndərov rəhbərlik edəcək.
"Dövran Media" xəbər verir ki, icraçı direktor təyin olunan K. İsgəndərov həmin şirkətdə 20 ildir ki, işləyir.
Şirkətin kommersiya və marketinq şöbələrində müxtəlif vəzifələrdə çalışıb, daha sonra isə Türkiyənin "Koka-kola" şirkətinin marketinq üzrə direktoru olub.
2016-cı ilin mayından Qazaxıstanda şirkətin regional meneceri işləyib. Mənbə bildirir ki, həmin müddət ərzində o, biznesi uğurla idarə edib, bütün məhsul kateqoriyalarında artımı təmin edib.
"Mən şirkətin səmərəli idarə olunması və Ukraynanın içki bazarında rolunun artırılması, sosial məsuliyyətin möhkəmləndirilməsi və biznes məqsədlərinə nail olunması üçün əlimdən gələni edəcəyəm", - deyə Kamran İskəndərov bildirib.
O, ailəsi - həyat yoldaşı Natalya və iki qızı - Aria və Mia ilə birlikdə Kiyevə gedəcəyini deyib.
Xatırladaq ki, Kamran İsgəndərov Türkiyənin Boğaziçi Universitetində Beynəlxalq münasibətlər fakültəsini bitirib, Azərbaycanda Xəzər Universitetinində magistr dərəcəsi alıb.