Britaniya ordusunun sayını azaldır
24.11.2019
Britaniya hökuməti quru qoşunlarının şəxsi heyətinin sayını əhəmiyyətli dərəcədə azaldacaq.
Bu barədə "Sandey Tayms” qəzeti məlumat yayıb.
Məlumata görə, rəsmi London ÜDM-in cəmi 2 faizini müdafiəyə ayırmaq niyyətindədir və quru qoşunlarındakı şəxsi heyətin sayını 60-65 minədək azaltmaq istəyir.
Qəzet qeyd edib ki, Britaniya 2 ən müasir təyyarədaşıyan gəmisindən birini müttəfiqlərinə kirayəyə verəcək.