Prezident sarayına qıfıl asıldı - Tifisdə
24.11.2019
Tiflisdə Gürcüstan prezidentinin Atoneli küçəsində yerləşən sarayı qarşısında aksiya keçirilir.
Aksiya iştirakçıları olan müxalif və ictimai fəallar sarayın darvazalarına simvolik olaraq qıfıllar asmağa cəhd ediblər.
Polis aksiyaçıların bu cəhdinin qarşısını almağa çalışıb və tərəflər arasında qarşıdurma baş verib.
Aksiyaçıların bu cəhdi uğurlu alınıb və onlar qıfılı prezident sarayının darvazasına asıblar.
Aksiyaçılar Prezident Salome Zurabişvilidən hakimiyyət və müxalifət arasında mediator olmağı tələb ediblər.
Etirazçılar bildiriblər ki, Prezident Salome Zurabişvili ölkədə siyasi böhran yaranandan on gün sonra bəyanat verib və bu da onları hiddətləndirib.
Qeyd edək ki, S.Zurabişvili ötən gün hazırda ölkədə qarşıdurmanın vaxtı olmadığını bildirib. Dövlət başçısı hamını gərginliyi azaldacaq qərar tapmağa çağırıb.
Gürcüstanda etirazlar noyabrın 14-də proporsional seçki sisteminə keçidlə bağlı qanun layihəsinin parlamentdə qəbul edilməməsindən sonra başlayıb.