Xəstə yatan canlı əfsanə: Rolları kimə verilir?
04.05.2018
Fuad Poladovun səhhətində heç bir dəyişiklik yoxdur, vəziyyəti olduğu kimi qalır.
"Dövran Media" xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru Ədalət Hacıyev deyib. Onun sözlərinə görə, xalq artisti Fuad Poladovun müalicəsi davam etsə də, hələlik müsbətə doğru inkişaf müşahidə edilmir.
O, hazırda Rus Dram Teatrında F.Poladovun oynadığı rolların kimə verilməsinə də aydınlıq gətirib:
"Fuad Poladovun Rus Dram Teatrının səhnəsində oynadığı rolları başqa aktyorlara vermirik. Gözləyirik ki, sağalsın, yenidən səhnəyə qayıtsın və tamaşalarda özü oynasın”.
Qeyd edək ki, Azərbaycanın xalq artisti Fuad Poladov bir müddət Milli Onkologiya Mərkəzində müalicə alıb. Onun səs tellərində problem yaranıb və danışmaqda çətinlik çəkir.
Hazırda öz evində müalicəsini davam etdirir.