Almaniya buna görə Türkiyədən asılı vəziyyətdədir - "Bild"
23.11.2019
Almaniya kansleri Angela Merkelin xarici siyasəti ölkəni energetika baxımından Rusiyadan, miqrasiya baxımından Türkiyədən asılı vəziyyətə salıb.
Bu iddia ilə "Bild” qəzeti çıxış edib.
"Kansler Merkelin energetika siyasəti Almaniyanı Rusiyadan asılı vəziyyətə salıb. Miqrasiya siyasətində isə Türkiyədən asılı vəziyyətə düşmüşük. Rəqəmsal infrastrukturun köməyi ilə Merkel Almaniyanı Çindən asılı vəziyyətə gətirmək istəyir”, - deyə məqalədə bildirilib.