Abızovun ofşor hesabları aşkarlandı - 700 milyon dollar
23.11.2019
Rusiyanın Açıq Hökumət İşləri üzrə keçmiş naziri Mixail Abızov ofşor hesablara 700 milyon dollardan çox pul köçürə bilib.
Bu məlumatı "Posttimes” yayıb.
Məlumata görə, Abızov "Swedbank Eesti”nin Estoniya filialının ən böyük müştərilərindən biri olub. O, bu bankda olan 70 hesabından 330 köçürmə həyata keçirib.
Qeyd edək ki, hazırda Rusiya tərəfindən Abızov 4 milyard rubl vəsaiti mənimsəməkdə ittiham edilir. Rusiyanın hüquq-mühafizə orqanlarının iddiasına görə, Abızov 2011-2014-cü illərdə ələ keçirdiyi pulları ofşor şirkətlərin hesablarına köçürüb.