Berluskoni xəstəxanaya yerləşdirilib
23.11.2019
İtaliyanın keçmiş baş naziri, "İrəli, İtaliya” partiyasının lideri Silvio Berluskoni Xorvatiyanın paytaxtı Zaqrebdə Avropa Xalqları Konqresi zamanı yıxılıb və yaralı halda Milan klinikasına yerləşdirilib.
"RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Berluskoninin qərargahından verilən açıqlamada bildirilir.
Yerli KİV-in məlumatına görə, 83 yaşlı siyasətçi travmanı onunla selfi çəkdirmək istəyənlərin izdihamı zamanı yıxılaraq alıb. Tədbirin sonunda Berluskoni təyyarə ilə evə qayıdıb və xəstəxanada müxtəlif müayinələrdən keçirilib.