03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Beynimiz niyə tez qocalır? Səbəbi

22.11.2019

Tədqiqatçılar beynin tez qocalmasının səbəbini açıqlayıb.
Xəbər verildiyi kimi, Harvard Universitetinin Bostonda yerləşən tibb məktəbinin tədqiqatçıları orta yaşlı insanlarda metabolik sindromun beyni erkən qocaltdığını iddia edir.
Tədqiqatın nəticələri "MedicalXpress"də dərc olunub.
Metabolik sindrom özünü piylənmə, hipertoniya, qanda şəkərin və xolesterinin miqdarının artması şəklində göstərir.
Araşdırma ərzində 37-55 yaşlı kişi və qadınların baş-beyin kompüter tomoqrafiyası tətbiq edilib. Eyni zamanda onlar arasında məntiqi testlər də aparılıb.
Tədqiqatın nəticələrinə əsasən, metabolik sindromu olanlarda beyin həcmi sağlam şəxslərlə müqayisədə kiçik olur. Həmin şəxslərdə qanda şəkərin çoxalması, demensiya və Altsheymer xəstəliyi riski yüksəkdir.
Metabolik sindromun qarşısının alınması üçün həkimlər balıq, meyvə-tərəvəz və taxıl məhsullarını tövsiyə edir.
Mütəxəssislər hesab edir ki, fiziki fəaliyyət də beynin işini yaxşılaşdıra bilər./publika/