Daha bir senator erməniləri məyus etdi
22.11.2019
ABŞ Konqresinin Corciya ştatından olan senatoru Devid Perdyu qondarma "erməni soyqırımı” ilə bağlı qətnaməni blok edib.
Xəbər verildiyi kimi, bu barədə xarici KİV-lər xəbər verir.
Qeyd edək ki, bir neçə gün öncə senator Lindsi Qrem 1915-ci il hadisələrini formal olaraq "ermənilərin soyqırımı” kimi tanıyan 150 nömrəli qətnaməyə ABŞ Senatında veto qoymuşdu.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəndən sonra bu qənaətə gəlib.
Xatırladaq ki, L.Qrem ABŞ Prezidenti Donald Trampın R.T.Ərdoğanla görüşündə iştirak edən senatorlar qrupunun tərkibində olub.