Sabiq erməni deputatı Rusiyada həbs etdilər
22.11.2019
Ermənistan parlamentinin keçmiş deputatı Levon Sarkisyanın adı gömrük xidmətinin keçmiş rəhbəri Armen Avetisyanın evinə təşkil olunan basqında hallanır.
Ermənistan mətbuatı hüquq-mühafizə orqanlarının yaydığı məlumata istinad edərək xəbər verir ki, Ermənistan polisi rusiyalı həmkarları ilə birgə sabiq deputatı Rusiyanın Zelenoqradsk şəhərində saxlayıblar.
O, uzun illər hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub. Levon Sarkisyan Ermənistan Cinayət Məcəlləsinin soyğunçuluq, ağır bədən xəsarətləri və mütəşəkkil dəstə yaradaraq, cinayət işlərində təmsil olunma maddələri ilə ittiham edilir.