21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Komitə sədrindən təklif: Evdar qadınların əməyi qiymətləndirilməlidir

22.11.2019

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi evdar qadınlara pul verilməsi məsələsini qaldırıb.
Xəbər verildiyi kimi, bunu YAP-ın İcra Katibliyində komitə sədri Hicran Hüseynova səsləndirib.
Onun sözlərinə görə, son iki ildə Prezident İlham Əliyev tərəfindən sosial məsələlərə böyük vəsait ayrılıb:
"Unutmayın, biz 27 ildir ki, müstəqil dövlətik. Biz hələ də müharibə və münaqişə şəraitində yaşayan ölkəyik. Mən demirəm ki, uşaqlar prioritet məsələ deyil. Ancaq burada o qədər məsələlər ki, onlara düzgün yanaşmalıyıq.
Hər uşağa nə qədər vəsait ayrılması məsələsi də vacib məsələdir. Biz də çalışırıq ki, bu rəqəmlər artsın. Qadınları nə qədər maarifləndirsək də, onlar işləmir. Amma bir çox ölkələr var ki, evdar qadınların əməyini daha yüksək qiymətləndirmək üçün onlar üçün xüsusi vəsait ayrılır. Biz indi bu məsələni qaldırırıq”.