21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Elmira Axundova: "Telekanallar qanunlarımıza əməl etmir”

04.05.2018

"Sosial reklam haqqında biz keçən iclaslarda çox mühüm əlavələr və düzəlişlər etmişik. Və məsələn, 13-cü maddənin 10-cu bəndində yazılıb ki, Sosial reklam çarxlarının nümayişi üçün ayda 20 dəqiqədən az olmayan efir vaxtı ayrılmalı və həmin verilişlərin daha əlverişli vaxtda yayımını təmin etməlidir. Yəni biz hətta bu bəndi televiziyalar qarşısında bir vacib vəzifə kimi qoymuşuq. Lakin görürük ki, bizim bu qanunumuza telekanallar elədə əməl etmir”. 
"Dövran Media" xəbər verir ki, bu sözləri deputat Elmira Axundova Milli Məclisdə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanuna dəyişikliklər edilməsi barədə layihə haqqında çıxışı zamanı deyib.
O bildirib ki, sosial reklam məsələsi bir mühüm problem kimi, efir məkanında qalmaqdadır. 
"Eləcədə mobil telefon istifadəçilərinin razılığı olmadan onlara bezdirici reklamların göndərilməsi problemi qalmaqdadır. Halbuki, biz bunu da həmin qanunla qadağan etmişik. Ona görə mən yenə də qanunlarımızın icrasına görə nəzarət mexanizmlərinə diqqət yetirmək istəyirəm. Biz çox gözəl qanunlar işləyib hazırlayırıq, lakin onların icrası çox zəifdir. Və bu da Milli Məclisin imicinə xələl gətirir. Ona görə müvafiq orqanlardan tələb etmək lazımdır ki, müvafiq qanunlarımızın icrasına nəzarəti gücləndirsinlər.
İkinci mənim təklifim 14.1-maddəyə aiddir. Burada yazılır ki, yayımlanan reklam "vizual (görüntülü) və (və ya) akustik (səsli)" şəkildə fərqlənməlidir. Hesab edirəm ki, bu səsli məsələsinə biz birdə qayıtmalıyıq. Çünki bilirik ki, reklamlar yayımlananda səs birdən birə qalxır və daha da bezdirici formada evlərimizə daxil olur. Mənim yadımdadır ki, Rusiya Dumasında hətta bu məsələyə baxaraq, reklamların yüksək səslə verilməsini qadağan etmişdilər. Ona görə hesab edirəm ki, akustik yəni səsli şəkildə fərqlənməsi məsələsi qanundan çıxarılmalıdır. Çünki bu reklamçılar tərəfindən sui istifadələrə gətirib çıxaracaq”.