03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Tarixdə İLK: İnsan süni ölüm halına salındı

22.11.2019

Amerikalı həkimlər tibb tarixində ilk dəfə olaraq insanı anabioz halına sala biliblər.
"Life.ru”nun məlumatına görə, bu barədə "New Scientist” jurnalında məqalə dərc olunub.
Prosedur təqribən belə olur: Bədəndə natrium-xloridlə (məhlulun temperaturu praktiki olaraq sıfra bərabər olur) bütün qan dəyişdirilir, nəticədə orqanizmin temperaturu çox tez müddətdə +10 - 15 dərəcə selsiyə qədər soyudulur.
Beləliklə, insanın beyin fəaliyyəti demək olar ki, tamamilə dayanır. Bundan sonra pasient soyutma sistemindən ayrılır və lazımi prosedurlar üçün əməliyyat masasına gətirilir.
Anabioz halına salınan andan cərrahların bədəndəki qan itkisinin səbəblərini aradan qaldırmaq üçün 2 saatı olur. Əməliyyatdan sonra həkimlər bədənin normal temperaturunu və ürəyin işini bərpa edirlər.
Baltimorda Merilend Universitetinin Ali Tibb Məktəbinin professoru Semuel Tişermanın sözlərinə görə, o və həmkarları azı bir nəfəri anabioz halına sala biliblər.
Belə əməliyyat tibdə böyük irəliləyiş sayılır, çünki bundan əvvəl tibb işçiləri həyat üçün təhlükəli travma almış insanlara yardım etməyə sadəcə vaxt çadırmırdılar.