Bakıda sürücü nəqliyyat vasitəsini yolun hərəkət hissəsində park edərək hərəkəti tam iflic edib.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, təxminən saat 17:00 radələrində Əziz Əliyev küçəsində "Porsche Cayenne" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini yolun hərəkət hissəsində park edib. Nəticədə İstiqlaliyyət küçəsindən Neftçilər prospekti istiqamətində hərəkət tamamilə dayanıb. Bununla da sürücü yüzlərlə insanın tıxacda qalmasına səbəb olub. Bakı Nəqliyyat Agentliyi əməkdaşlarının müdaxiləsi ilə yolda hərəkət bərpa edilib. Nəqliyyat vasitəsi qanunvericilikdə nəzərdə tutulan qaydada mühafizə olunan duracağa aparılıb.