21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

ABŞ-ın vitse-prezidenti: İran xalqının yanındayıq

21.11.2019

ABŞ-ın vitse-prezidenti Mayk Pens İrandakı etirazlara dəstək verib. 
Bu barədə Mayk Pens özünün "Twitter” səhifəsində bildirib.
"İranda xalq etiraz əlaməti olaraq küçələrə çıxdıqca, Tehrandakı ayətullahlar öz xalqını əzmək üçün zorakılığa və həbslərə davam edir. Amerika Birləşmiş Ştatlarının mesajı aydındır, Amerika xalqı İran xalqının yanındadır”, - deyə vitse-prezident qeyd edib.
Qeyd edək ki, noyabrın 15-də gecə İranda davam edən iqtisadi böhranla əlaqədar benzin üçün norma tətbiq edilib, benzinin qiyməti qaldırılıb. İranda benzinin qiymətinin qaldırılması ölkənin bəzi şəhərlərində etirazlara səbəb olub. Aksiyalar zamanı polislə qarşıdurmalar da qeydə alınıb. Etirazçılar yollarda təkərlər yandırıb, avtomobillərin hərəkətinə əngəllər törədiblər. İranın Tehran əyalətində benzinin bahalaşması ilə bağlı baş verən iğtişaşlarda təhlükəsizlik qüvvələrinin 3 nəfər əməkdaşı öldürülüb. İğtişaşların təşkilində təqsirli bilinən şəxslər həbs olunub.