Paşinyana yeni rəqib yaradılır
21.11.2019
Çiçəklənən Ermənistan Partiyasının sədri Qagik Çarukyan bir müddət öncə Moskvada olub.
Bu məlumatı "Qraparak” yayıb. Məlumata görə, o, Moskvada 2 gün qalıb və burada bir sıra siyasi dairələrlə görüşdən sonra dünən ölkəyə geri dönüb.
Moskvadakı görüşlərdə əsas məsələnin Çarukyanın partiyasına dəstək verilməsiylə bağlı olduğu bildirilib.
Çarukyanla keçirilən görüşlərdə Ermənistanda daha radikal müxalifətin formalaşması gərəkdiyi və bunun üçün ən uyğun siyasi qüvvənin Çiçəklənən Ermənistan olduğu, eləcə də Rusiyanın ona dəstək verəcəyi vurğulanıb.