Tanınmış türk qəzetçisi Baki Avcı həyata vəda etdi
14.01.2018
Türkiyənin "Sözcü” qəzetinin xəbər müdiri Baki Avcı, bu gün səhər saatlarında ürək infarktından həyatını itirib.
Baki Avcı bir müddıt idi ki, ürəyindən ciddi müalicə alırmış.
1962 təvəllüdlü, 55 yaşlı qəzetçi 1977-ci ildən başlayaraq ömrünün sonunadək mətbuatda çalışıb.
Baki Avcı hələ 15 yaşındaykən ailəsinin ona verdiyi cib xərclikləlini toplayaraq aldığı fotoaparatla xəyal kimi düşündüyü qəzetçilik peşəsinə başlayır və dövrünün tanınmış, nüfuzlu bir yazarına çevrilir.
Allah rəhmət eləsin, Məkanı Cənnət olsun!