Fransada Rusiyaya tabe olmaq ənənəsi var - Deputat
21.11.2019
Fransada çoxdan Rusiya təzyiqinə tabe olmaq ənənəsi var.
Bunu "Polska Tayms”a müsahibəsində Avropa Parlamentinin Polşadan olan deputatı Yaçek Sariuş Volski deyib.
Onun sözlərinə görə, bunun səbəbi respublikanın siyasi elitasındakı rusiyayönlülükdür:
"Məncə Makron Rusiya təzyiqlərinə vərdiş edib. Burada çoxdan rusiyayönlülük var, xüsusilə, bu , sol elitada belədir. Makron daxili siyasətdəki uğursuzluğunu kompensasiya etmək üçün Moskva ilə münasibətlərini prioritet sayır”.