21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

QHT Şurası MÜSABİQƏ ELAN ETDİ

21.11.2019

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı 18 dövlət orqanı və digər qurumlarla birgə qrant müsabiqələri elan edir.
Müsabiqə aşağıdakı dövlət orqanları ilə birgə həyata keçiriləcək:

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi
4. Azərbaycan Respublikası Təhsil Nazirliyi
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
7. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
8. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi
9. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi
10. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
11. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
12. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
13. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
14. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi
15. İctimai Televiziya və Radio Yayımları Şirkəti
16. Bakı Nəqliyyat Agentliyi
17. Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
18. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
Qeyd:
• Qrant müsabiqəsi 20 noyabr–16 dekabr 2019-cu il tarixlərini əhatə edir.
• Hər QHT ixtisaslaşdığı mövzu üzrə yalnız bir qrant müsabiqəsində iştirak edə bilər.
• QHT-lər layihələrini Şuranın www.selis.az saytının "E-ərizə” bölməsi vasitəsilə təqdim edə bilər.
• Qrant müsabiqələri elanının mətni Şuranın www.cssn.gov.az, www.selis.az və www.qhtxeber.az saytlarında yerləşdirilib.
• Şura 2020-ci ildə digər qurumlarla da birgə qrant müsabiqələri keçirməyi nəzərdə tutur.