Azərbaycanda nə qədər körpə doğulub? - RƏSMİ AÇIQLAMA
20.11.2019
2019-cu ilin doqquz ayı ərzində Azərbaycanda Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 104 min 702 nəfər doğulan körpə qeydiyyta alınıb.
Əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə qalır.
Doğulan körpələrin 53,2 %-i oğlan, 46,8 %-i isə qız uşaqlarıdır. Körpələrdən 2454-ü əkiz, 72-si üçəm, dördü isə dördəm olaraq doğulub.
2019-cu ilin yanvar-sentyabr ayları ərzində ölkədə 42 017 ölüm halı qeydə alınıb. Bu rəqəm 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə daha azdır. Belə ki, ötən il əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9 olduğu halda cari ildə bu rəqəm 5,7-yə düşüb.