Nazir: “Rusiya ilə ticarət dövriyyəmizin həcmi artıb”
20.11.2019
"Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr genişdir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir”.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Yaxın günlərdə Azərbaycan-Rusiya regionlararası X yubiley forumunun keçiriləcəyini vurğulayan nazir bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi artır.
"2019-cu ilin 9 ayının nəticələri göstərir ki, Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 20 faiz artıb. Prezident İlham Əliyevin siyasəti nəticəsində inşa edilmiş müasir liman infrastrukturu, dəmir yolu şəbəkələri, logistika mərkəzlərinin daha çox fayda gətirməsi üçün Rusiya kimi böyük ölkə ilə əlaqələrimiz getdikcə daha dərinləşəcək”, - deyə M. Cabbarov vurğulayıb.